c372cebd-1de9-469f-ac4d-449d24a6c4dc..jpg

Rafael Ağayev: “ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam”

Baxış sayı: 3. 705 dəfə baxılıb.

Rafael Ağayev: “ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam”

“Bu il məqsədim “Karate Kombat” üzrə addımlamaqdır. Aprel və ya mayda ABŞ
idmançısı Coşua Kvayhagen ilə döyüşdə kəməri qorumalıyam”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın və “Qəbələ” İdman Klubunun
karateçisi Rafael Ağayev cari ildəki hədəfləri barədə danışarkən deyib.

5 qat dünya və 11 qat Avropa çempionu bildirib ki, Kvayhagenlə qarşılaşma
hərəsi üç dəqiqə davam edən 5 raunddan ibarət olacaq:

“Həmin döyüşə hazırlaşacağam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel
ya mayda döyüşə qatılacağam”.

Titullu idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında uduzduğu
italiyalı Luici Busa ilə yenidən döyüşmək istədiyini söyləyib:

“Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq
istəyirəm”.

Gələcək planlarından da söz açan Ağayev məşqçiliyin asan olmadığını vurğulayıb:

“Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur.
İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni
edəcəyəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacağam”.

Source link