Rafael Ağayev Avropa çempionatının finalında uduzdu

Baxış sayı: 3. 323 dəfə baxılıb.

Rafael Ağayev Avropa çempionatının finalında uduzdu

Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən turnirdə ikinci yeri tutub. 

O, final görüşündə italiyalı Luici Busaya minimal hesabla uduzub – 0:1. 

Bundan əvvəl R.Ağayev Yusid Suljiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosova) və Stanislav Xorunaya qalib gəlmişdi. 

Xatırladaq ki, Rafael Ağayev beş qat dünya, 11 qat Avropa çempionu, eləcə də  “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub.