ae9aa792-f2d6-4d84-a64c-7d0805a82faf..jpg

Rafael Fiziyev: “Geycinin ürəyini yemək istəyirəm”

Baxış sayı: 919 dəfə baxılıb.

Rafael Fiziyev: “Geycinin ürəyini yemək istəyirəm”

“Rəqibimin qanının qoxusunu hiss etmək və onun ürəyini yemək istəyirəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael
Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında ESPN
nəşrinə müsahibəsində deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib:

“Instagram”da çoxlu hekayə paylaşıb, Castini kədərləndirirəm. Xoşbəxt və
həyəcanlıyam. Şadam ki, belə bir rəqiblə oktaqona çıxacağam. Mən çətinlikləri
sevirəm”.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na
keçən gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində keçiriləcək.

Source link