319d11ab-550d-4739-beab-c2d3c3524893..jpg

Rafael Fiziyev məğlubiyyətini şərh etdi

Baxış sayı: 934 dəfə baxılıb.

Rafael Fiziyev məğlubiyyətini şərh etdi

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev UFC 286 turnirində amerikalı Castin
Qeyciyə məğlubiyyətini şərh edib.

O, “Instagram” səhifəsində döyüş zamanı hansı xəsarətlər aldığını əks etdirən
video yerləşdirib.

“Hər şey yaxşıdır. Bu, pis deyildi. Biz bunun üçün doğulmuşuq. Dediyim kimi,
bu dəfə bonusla bağlı narahat olmağa dəyməz”, – deyə Fiziyev yazıb.

Artıq “Twitter” səhifələrində döyüşçülər bir-birlərinə qarşı xoş sözlər
deyiblər. “Mən azarkeşəm. Sən döyüşçüsən dostum. Səninlə bir qəfəsi paylaşmaq
mənim üçün şərəf idi”, – deyə Qeyci “Twitter”də bildirib. Fiziyev də ona belə
cavab verib: “Bu mənim üçün də şərəf idi, dostum”.

Xatırladaq ki, döyüş hər üç raundda davam edib və bundan sonra hakimlər
qələbəni Qeyciyə veriblər. Hər iki döyüşçü gecənin ən yaxşı döyüşünə görə 50
min dollar məbləğində mükafat alıb. Bu, Fiziyevin MMA-dakı 14 peşəkar döyüşündə
ikinci məğlubiyyəti olub.

Source link