03f71b21-35e0-4dc3-8875-6fdd72b463c9..jpg

Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina edib?

Baxış sayı: 1. 176 dəfə baxılıb.

Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina edib?

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin
kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

“Report” xəbər verir ki, bununla bağlı müraciət “Phuket Top Team” məşq
komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Müraciət, əsasən, Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin
Getjiyə ünvanlanıb:

“Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O
bu faktı danmır, sadəcə olaraq, pulu vermək istəmir. Castin Qetji, zəhmət
olmasa, onun kirayə pulunu topla”.

Qeyd edək ki, Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri
üzrə “UFC 286” turnirində qarşılaşacaq.

Source link