170557f9-f738-4371-9b43-4ae2fbcd4c3e..jpg

Rafael Fiziyev: “Yeni qüvvə ilə qayıdacağam”

Baxış sayı: 458 dəfə baxılıb.

Rafael Fiziyev: “Yeni qüvvə ilə qayıdacağam”

“Zədəmi sağaldıb, tezliklə yeni qüvvə ilə qayıdacağam”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael
Fiziyev deyib.

Polşalı Mateuş Qamrotla görüşdə sol ayağından zədələnərək mübarizəni davam
etdirə bilməyən 30 yaşlı idmançı onu dəstəkləyənlərə təşəkkürünü bildirib:

“İndi sizin mesajlarınıza cavab verəcək durumda deyiləm. Dizimdə yırtılma
olub. Bunun ikinci raundda baş verməsi məni çox üzdü. Halbuki gözəl döyüş
göstərməyə yüz faiz hazır idim”.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ-nin Las-Veqas şəhərində təşkil olunan
görüşdə Rafael Fiziyev texniki nokautla məğlub hesab edilib.

Source link