5c60bb03-5f0f-462f-9aaa-2725d57edb77..jpg

Rafet El Romandan uşaq sahibi olmamaq üçün gözlənilməz və hər kəsi şoka salan addım – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Rafet El Romandan uşaq sahibi olmamaq üçün gözlənilməz və hər kəsi şoka salan
addım – FOTO

Üç uşaq atası olan məşhur türkiyəli ifaçı Rafet El Roman gözlənilməz addımı
ilə hər kəsi təəccübləndirib. Belə ki, o, bir daha övlad sahibi olmamaq üçün
vazektomiya (artıq uşaq istəməyən cütlüklərdə toxum (sperm) kanallarının
bağlanması) əməliyyatından keçib.

İfaçı bunu qızlarının xatirinə etdiyini deyib:

“Bunu ilk dəfə etiraf edirəm. Artıq övladım olmayacaq. Altı il bir yerdə
olduğum Yeşim xanımdan oğlum Edvan dünyaya gələndə qızlarım psixoloji cəhətdən
çətin bir dövr keçirdilər.

Anam mənə bu məsələdə xəbərdarlıq etdi. Biz də ailə məclisi keçirdik.
Qızlarım, bacılarım və anamla danışaraq tibbi olaraq öz seçimimlə tədbir
görmüşəm. Övladlarımın, ailəmin rahatlığı üçün bunu könüllü etdim”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, Rafet El Romanın ilk evliliyi model və aktrisa Tuğba Altıntopla
olub. Bu evlilikdən onların Su Elnur və Şevval Su adlı qızları dünyaya gəlib.
Onların evliliyi 7 il çəkib – cütlük 2003-cü ildə boşanıb.

İfaçının 2010-cu ildə sevgilisi Yeşim Eryıldırımdan Edvan adında oğlu dünyaya
gəlib.

“Uşaqlarımla və onların anaları ilə çox yaxşı anlaşırıq. Xırda problemlər olsa
da, hamısına hörmətlə yanaşıram. Çox şanslıyam ki, övladlarım məni heç vaxt
incitməyiblər. Uşaqlarım məni çox sevirlər və aramızda böyük bir sevgi bağı
var. Onlar bir-birilərinə münasibətdə də belədirlər.

Övladlarımın anaları ilə həqiqətən gözəl, səmimi dostluğumuz var. Hər ikisinə
minnətdaram və ömrümün sonuna qədər də belə qalacağam. Mən boşanarkən təəssüf
ki, çox yanlış vəziyyətlər yaşandı və məni qınayanlar oldu. Amma baş verənlər
mediada göstərildiyi kimi deyildi. Mən heç vaxt qızlarımı analarından qaçırıb,
görmələrinə mane olan ata olmamışam”.

Qeyd edək ki, 55 yaşlı müğənni hazırda özündən 24 yaş kiçik Yasemin Gergeçlə
eşq yaşayır.

Mənbə: Takvim

Source link