Rais Rəsulzadə xəstəxanadan evə buraxılıb – YENİLƏNİB
Əməkdar rəssam Rais Rəsulzadə xəstəxanadan evə buraxılıb.
O, bu barədə APA-ya açıqlamasında bildirib.
Əməkdar rəssam qeyd edib ki, müalicəsi evdə davam etdiriləcək.
10:14
Əməkdar rəssam Rais Rəsulzadə bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat
Xidmətindən bildirilib.
Qeyd edilib ki, sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in
tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Əməkdar rəssam Rais
Rəsulzadə bu gün evə buraxılacaq.
Onun vəziyyəti stabildir.