Ralf Ranqnik: “Bakıda məğlub ola bilərik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik”.
“Report” xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik
Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu
ərəfəsində mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını
bildirib: “İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci
yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava
yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq”.
O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: “Rəqibimiz son
vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz
Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün
əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.