1938c421-3bd9-40f5-897f-e89d6e1ede41..jpg

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Baxış sayı: 657 dəfə baxılıb.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq
aşağı düşür.

Bunu ”Trend”ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul
Abbasquliyev bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50%
aşağı düşüb.

“Qızıl bazarında 8 Mart və Novruz bayramından əvvəl aktivlik var idi. Lakin
ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Çünki bu ayın bayram günlərində
insanlar istirahət etməyə daha çox üstünlük verirlər.

Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib.
2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə
bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə
müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın
olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti
aşağı düşür”.

T.Abbasquliyev qeyd edib ki, zərgərlik bazarında qiymətlərin
bahalaşıb-ucuzlaşması bayramla bağlı deyil.

“Ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja
qiyməti ilə tənzimlənir. Son beş il ərzində zərgərlik bazarında mart ayının
əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik
məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın
52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir”, – deyə o yekunlaşdırıb.

Source link