Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.
Bu barədə ÇıxışYolu.Com-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, bayramın ilk günü may ayının 6-sıdır. Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.
Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.