419df5da-4c15-45a5-b8b5-d39dd31f9eee..jpg

Ramilə Əliyeva: “Etnik məsələni qabardan erməni destruktiv qruplar öz niyyətlərinə çatmayacaqlar”

Baxış sayı: 505 dəfə baxılıb.

Ramilə Əliyeva: “Etnik məsələni qabardan erməni destruktiv qruplar öz
niyyətlərinə çatmayacaqlar”

“Ermənistan indi də Gürcüstanda etnik məsələni qabardır. Belə ki, “Armenian
community of Gergia” adlı qrup bu məqsədlə Gürcüstanda kampaniya da başladıb”.

Bu barədə “Report”a Gürcüstanın Birinci Kanalında “Rəngarəng Gürcüstan”
bölməsinin rəhbəri Ramilia Əliyeva bildirib.

R.Aliyeva deyib ki, həmin qrup onun bölmə rəhbəri olmasını pisləyir, TV
rəhbərliyini qınayır və aksiya təşkil edirlər. Həmçinin müxtəlif şüarlar
səsləndirib, təxribatla məşğul olurlar.

Onun sözlərinə görə, kampaniyanın əsas məqsədi Gürcüstanda etnik azərbaycanlı
və etnik ermənilər arasında nifaq salınmasıdır:

“Biz dini mənsubiyyətimizdən asılı olmayaraq bərabərhüquqluyuq. Bu, istər
beynəlxalq hüquq, istərsə də Gürcüstan konstitusiyasına ziddir. Kampaniya uzun
müddətdir ki, başlayıb. Buna baxmayaraq, olduğum mövqedən asılı olmayaraq mən
öz işimi görürəm. Bu məsələ ilə bağlı bir neçə dəfə aksiyalar da keçirildi,
yazılar da yazıldı. Sadəcə iftiralar və təhdidlər iş yoldaşlarıma da başlayıb.
Gürcüstan vətəndaşı olaraq öz mövqeyimi bildirmək istəyirəm ki, gələcəkdə də
kimsə etnik mənşəyinə görə çətinlik və təzyiqlə qarşılaşmasın”.

R.Əliyeva, həmçinin qeyd edib ki, 2017-ci ildə Gürcüstanın İctimai
Televiziyasında milli azlıqlar adlı bir qrup yaradılıb:

“Bu qrupu yaratmaqla biz sübut edirik ki, sülh istəyirik və Gürcüstan
vətəndaşları olaraq bir mühitdə işləməyi bacarırıq. Bütün təzyiqlərə
baxmayaraq, biz bunu bacardıq və bu layihə 7 ildir fəaliyyət göstərir. Təbii
ki, bu işimiz kimlərinsə xoşuna gəlmir. Kimlərsə aramızda olan bu işguzar
münasibətləri pozmaq istəyir. İşimizi davam edirik və düşünürəm ki, bu cür
destruktiv qruplar öz niyyətlərinə çatmayacaqlar”.

Bölmə rəhbəri onu da əlavə edib ki, hansısa təşkilat və qrup etnik azlıq
olmağımıza görə vəzifə tutacağımıza mane ola bilməzlər və qərar verə bilməzlər.

Source link