Ramil Quliyev Avropada ayın ən yaxşısı ola bilər

Baxış sayı: 2. 973 dəfə baxılıb.

Ramil Quliyev Avropada ayın ən yaxşısı ola bilər

Azərbaycanlı idmançı Ramil Quliyev avqust ayı üzrə Avropanın ən yaxşı yüngül atlet adına namizəddir. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Türkiyə Yüngül Atletika Federasiyası məlumat verib. 

Avqustun 7-12-də Berlində keçirilən yüngül atletika üzrə Avropa çempionatında Ramil Quliyev 200 metrlik məsafəni 19,76 saniyəyə qaçmaqla yeni rekorda imza atıb. 

Avropanın ən yaxşı yüngül atleti adına başqa namizədlər də var: 

Kişilər arasında – Arman Dyuplantis (İsveç), Zarnel Xyuz (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Nart (Belçika);

Qadınlar arasında: Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Xussonq (Almaniya), Lora Myur (Böyük Britaniya), Yekaterina Stefanidi (Yunanıstan), Anita Vlodarçik (Polşa).

www.ÇıxışYolu.Com