Sentyabrın 8-9-da Çexiyanın Ostrava şəhərində yüngül atletika üzrə Kontinental Kuboku keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu beynəlxalq turnirdə yeddi Türkiyə idmançısı iştirak edəcək ki, onlardan biri də azərbaycanlı Ramil Quliyevdir.
Qeyd edək ki, Quliyev avqustun 9-da Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında 200 metr məsafəyə qaçışda Avropa çempionu olub. Komanda hesabında 100 metr məfafəyə estafetdə isə Avropa ikinciliyini əldə edib.
Bundan başqa, Ramil Quliyev Polşada keçirilən beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda bürünc, İsveçrədəki “Almaz Liqa”da 200 metrlik estafetdə gümüş medala yiyələnib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com