Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, 2019/20 mövsümünün açılış oyununda Moskva “Dinamo”su Tula “Arsenal”ına qonaq olub.
Qonaq komandanın heyətində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev ilk dəqiqələrdən meydana çıxıb.
Yay “transfer pəncərəsi”ndə “Dinamo”ya transfer olunan futbolçumuz start heyətdə meydana çıxmaqla həm də yeni klubunda rəsmən debüt edib. O, 88-ci dəqiqədə əvəzlənib. Komandası isə meydanı 1 xalla tərk edib – 1:1.
Qeyd edək ki, Tula “Arsenal”ı “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibidir. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu mübarizdən kənarlaşdırsa, məhz Rusiya klubu ilə mübarizə aparacaq.