32d29ff2-4413-4bc1-bed9-045240a51319..jpg

Ramil Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib

Baxış sayı: 526 dəfə baxılıb.

Ramil Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”
klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat
yayıb.

Kocaeli klubu aprelin 3-də evdə “Göztəpə”yə 3:2 hesabı ilə qalib gəldikləri
XXVIII turun matçında baş verənlərə görə cəzalanıb. Komanda “Bandırmaspor” və
“Sakaryaspor”a qarşı növbəti ev matçlarında bir sıra tribunalara azarkeş qəbul
edə bilməyəcək.

“Kocaelispor” qərarın ləğv edilməsi üçün TFF-nin Arbitraj Şurasına müraciət
ünvanlayıb.

Qeyd edək ki, komanda ötən gün “Girəsunspor”u evdə məğlub edib – 2:0. İlk qolu
8-ci dəqiqədə Ramil Şeydayev vurub. Bölgə təmsilçisi hazırda 52 xalla 3-4-cü
yerləri bölüşdürür.

Source link