Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi

Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi

Baxış sayı: 2. 360 dəfə baxılıb.

Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi

Daxili işlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verib.

ÇıxışYolu.Com Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri – şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi. 

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!