Polşanın Xojuv şəhərində Kamil Skolimovskinin xatirəsinə həsr olunan IX atletika turnirində azərbaycanlı idmançı Ramil Quliyev bürünc medal qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 100 metr məsafəyə qaçışda amerikalı atlet Roni Beyker finişə 9,87 nəticə ilə hamıdan tez çatıb.
II yerə 10,10 nəticə ilə onun həmyerlisi Mayk Rocers çıxıb. Türkiyə adından çıxış edən dünya və Avropa çempionu Ramil isə 10,21 saniyəyə finişə çatıb və bürünc medal qazanıb.
Qeyd edək ki, Ramil Quliyev bu ay Almaniyanın paytaxtı Berlində keçirilmiş Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.
Həmçinin, Azərbaycan adından çıxış edən ukraynalı çəkicatan Anna Skidan da bürünc medal qazanıb. Polşalı Yoanna Fyodorov (74,39) və fransalı Aleksandra Tavernyedən (73,38) sonra Skidan çəkicini 73,21 metr məsafəyə ata bilib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com