5fed8c64-dc67-43af-bce6-7a51cb6dfdce..jpg

Ramin Abbasov: “Dövlətimiz sağ olsun ki, bizi ən qısa zamanda öz doğma yurdumuza qaytardı”

Baxış sayı: 364 dəfə baxılıb.

Ramin Abbasov: “Dövlətimiz sağ olsun ki, bizi ən qısa zamanda öz doğma
yurdumuza qaytardı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizə bugünkü sevinci yaşatdığına görə Ali Baş Komandanımıza, müzəffər
Ordumuza minnətdarıq”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi
köçkün Ramin Abbasov deyib.

O bildirib ki, Zabuxdan çıxarkən 12 yaşı olub:

“43 yaşımda öz doğma yurduma qayıdıram. Çox sevincliyəm, ilk dəfədir kəndimizə
gedirəm. Böyük quruculuq işlərindən sonra kəndimiz, yəqin ki, çox dəyişilib,
müasirləşib. Dünyanın ən xoşbəxt insanlarıyıq ki, müharibədə zəfər çalandan bir
neçə il sonra öz yurdumuza qayıdırıq. Bizi zəfərə qovuşduran Ali Baş
Komandanımıza, Ordumuza minnətdarıq. Dövlətimiz sağ olsun ki, bizi ən qısa
zamanda öz doğma yurdumuza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin”.

Xatırladaq ki, bu gün daha 30 ailə (121 nəfər) Laçın rayonunun Zabux kəndinə
yola salınıb. Bununla da Zabux kəndində 176 ailənin (688 nəfərin) məskunlaşması
təmin edilib.

Aytac Qasımova

Source link