Ramin Hacılı ölkədən qaçmaq istəyərkən saxlanılıb - FOTO

Ramin Hacılı ölkədən qaçmaq istəyərkən saxlanılıb – FOTO

Baxış sayı: 2. 395 dəfə baxılıb.

İyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 

Bu barədə ÇıxışYolu.Com-a DSX-nın mətbuat xidmətindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb. 

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib. 

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.

www.ÇıxışYolu.Com