Ramin Hacılının həbs müddəti uzadıldı

Ramin Hacılının həbs müddəti uzadıldı

Baxış sayı: 3. 128 dəfə baxılıb.

Ramin Hacılının həbs müddəti uzadıldı

Nərimanov Rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

R. Hacılının barəsində həbs-qətimkan tədbiri 2 ay 15 gün müddətinə uzadılıb.

İstintaq orqanı tərəfindən Ramin Hacılıya əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

www.ÇıxışYolu.Com