4c82ae68-dda8-4d08-bf22-5d57bebf55b3..jpg

Ramin Məmmədov Qarabağ erməniləri ilə ilk görüş barədə: “Təmas baş tutdu” – VİDEO

Baxış sayı: 921 dəfə baxılıb.

Ramin Məmmədov Qarabağ erməniləri ilə ilk görüş barədə: “Təmas baş tutdu” –
VİDEO

Azərbaycan tərəfi artıq 44 günlük müharibədən dərhal sonra Qarabağ iqtisadi
rayonunda yaşayan erməni sakinlərlə görüşmək təşəbbüsləri ilə çıxış edib.

Bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində
yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin
Məmmədov bildirib.

O, “Caliber” “YouTube” kanalına açıqlamasında bugünkü görüşün müzakirə
mövzuları barədə məlumat verib.

“Bu gün belə bir formatda ilk görüş keçirilib. Görüş zamanı əsasən Qarabağ
iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə, sosial və mədəni
həyatına reinteqrasiyası, bu prosesi sürətləndirmək üçün Azərbaycan tərəfinin
təmin edə biləcəyi imkanlar, eləcə də bölgədə sülhün təmin olunmasının
qarşısında duran maneələr və çağırışlar müzakirə olunub”, – deyə millət vəkili
məlumat verib.

O qeyd edib ki, təəssüratlara görə, ilkin təmas baş tutmuş sayıla bilər.

Daha ətraflı “Caliber”in videomaterialında:


Source link