Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya yola salındı
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat
Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi bu gün
Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus
təyyarə ilə Moskvadan Bakıya göndərilib.
Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki,
müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.