Cənab prezidentimizin məqsədi ondan ibarətdir ki, rəhbər vəzifələrə gənc, xarici dilləri bilən mütəxəssislər təyin olunsun.
Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib:
“Bu gün də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.