19b5c9e3-1258-421c-91cf-efca44047486..jpg

Ramiz Novruz dəfn olundu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 826 dəfə baxılıb.

Ramiz Novruz dəfn olundu – YENİLƏNİB + FOTO/VİDEO

Xalq artisti Ramiz Novruz dəfn edilib.

Cixisyolu.com xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, ictimaiyyət
nümayəndələri və Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.

Daha çox şəkil burada: PhotoStock.az

15:01

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilib.

Cixisyolu.com xəbər verir ki, mərhum dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına
aparılır.

Vida mərasiminin sonunda mərhumun cənazəsi alqışlarla yola salınıb.

12:41

Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn
ediləcək.

Cixisyolu.com xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

12:05

Dünən vəfat edən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Baku TV mərhumun yaşadığı ünvandan canlı yayıma çıxıb.

Görüntüləri təqdim edirik:

11:25

Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

Cixisyolu.com xəbər verir ki, mərhumla son görüşə yaxınları, sənət adamları və onu
sevənlər gəliblər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti
Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında
dünyasını dəyişib.

PhotoStock.az-ın hazırladığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az


Source link