4316cfe6-6630-439f-a841-c15be0fa600c..jpg

Ramiz Rövşən: “Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur”

Baxış sayı: 421 dəfə baxılıb.

Ramiz Rövşən: “Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda
heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.

Bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən
AZƏRTAC-a açıqlamasında bildirib.

Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən
deyib: “Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər
arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox
sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var.
Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin”

Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi
Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü
keçirilib.

Source link