Ramiz Zeynalovun qohumunu qətlə yetirənlər məhkəmə qarşısında

Ramiz Zeynalovun qohumunu qətlə yetirənlər məhkəmə qarşısında

Baxış sayı: 2. 116 dəfə baxılıb.

Ramiz Zeynalovun qohumunu qətlə yetirənlər məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Həmid Babaverdiyev, Rüfət Bünyadzadə, Cahandar Cavadlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.

Bu il avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyadzadə saxlanılıblar.

Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri hadisə zamanı F.Məmmədzadənin dostu Ravin Rəhimliyə də xəsarət yetiriblər.

Hadisə avtomobilə yol verməmək üstündə yaranan mübahisə zəminində baş verib.

Belə ki, H.Babaverdiyev avtomobillə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədzadə ona yol verməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonda kütləvi dava ilə nəticələnib və qanlı cinayətlə yekunlaşıb. 

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.