Ramos müsbət dopinq-testini şərh etdi

Baxış sayı: 2. 864 dəfə baxılıb.

Ramos müsbət dopinq-testini şərh etdi

Madrid “Real”ının kapitanı Serxio Ramos 2016/2017-ci il mövsümündə Çempionlar liqasının “Yuventus”a qarşı keçirilən final matçından sonra götürülən dopinq-testinin müsbət nəticəsini şərh edib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, ispaniyalı futbolçu həmişə dopinqə qarşı olduğunu bildirib:

“Heç vaxt belə işlərin iştirakçısı olmamışam və olmayacam da, dopinqin istənilən formasının qəbuluna qarşıyam”.

İdmançı qeyd edib ki, zəngin karyerası müddətində dəfələrlə dopinq-testlərdən keçib və onların hamısı mənfi nəticə verib. Ramos şərəfini sona qədər qoruyacağını bildirib.

Madrid “Real”ı da Ramosun antidopinq qanunvericiliyini pozduğunu inkar edir.

www.ÇıxışYolu.Com