Ranar Musayev: Sənətçini qəbul etmirəmsə, efirə çağırıb lağa qoymaram

Ranar Musayev: Sənətçini qəbul etmirəmsə, efirə çağırıb lağa qoymaram

Baxış sayı: 2. 387 dəfə baxılıb.

Elçin Əlibəylinin Maral Tahirqızını aparıcısı olduğu “El bizim, sirr bizim” proqramında sərt tənqid etməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri Əlibəylini hədəf alaraq onun hərəkətini mənfi qiymətləndiriblər.

Məsələ ilə bağlı ÇıxışYolu.Com-a danışan tanınmış rejissor və aparıcı Ranar Musayev sənətçi olaraq qəbul etmədiyi insanı verilişlərinə çağırmadığını söyləyib:

“Bir rejissor kimi hansı insanı sənətçi, müğənni hesab etmirəmsə, səhnəyə layiq bilmirəmsə, efirə dəvət etmərəm ki, sonra da lağa qoyum. Çünki anti-piar özü də piardır. Dəvət etmişəmsə, deməli, layiq bilmişəm”. 

Musayev Maralın efirə buraxılmasını düzgün saymasa da, onun sosial şəbəkələrdə özünü piar etməsini normal qarşıladığını deyib:

“Ümumiyyətlə, onun efirə buraxılması düzgün deyil. Özü üçün sosial media hesabları aça bilər, nə istəyirsə, edə bilər, şəxsi işidir. Onu lağa qoyurlar ki, buna da özü şərait yaradıb. Özü üçün “Instagram”da insanları əyləndirə bilər.

Qoy, əyləndirsin. Ancaq efirə, mətbuata uyğun deyil. Rəsmi kanallara çıxarılması isə, ümumiyyətlə, düzgün deyil. Buna qarşıyam. Belə-belə gedərək hər şey dağıldı, aləm bir-birinə dəydi. 

Televiziya və mətbuat tək reytinqi düşünərək onları yuxarı qaldırdı. Heç kəsə başa düşmür ki, bizim yeni nəsil yetişir. Sabah bütün bunlar bizim başımıza dəyəcək. Uşaqlar böyüyüb onları görürlər və elə bilirlər ki, bu, normaldır. Onlar kimi özünü aparır, davranır və geyinirlər. Bu da o deməkdir ki, on beş il sonra hamısı həmin vəziyyətdə olacaq.

Kiminsə efirdə təhqir olunması düzgün deyil. Ancaq efirə qonaq gəlirsə, o, tənqidə hazır olmalıdır. Tək təriflə iş bitmir”. 

.
www.ÇıxışYolu.Com