Rasim Balayev: “Azərbaycan kinosu reanimasiyadadır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsi gözlənilməz
oldu”.
Cixisyolu.com xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar
İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.
O, kinonun hazırkı vəziyyətindən danışıb:
“Azərbaycan kinosu reanimasiyadadır. Əmin olmaq istəyirəm ki, kinomuz inkişaf
edir. Kino ilə birliyimizi yaşatmalıyıq. Ömrümüzü kinoya qurban vermişik. Hər
bir insanın arxasında duracağıq. Hamıya yiyə duracağıq. Kino çəkmək
səlahiyyətimiz yoxdur. Buna baxmayaraq, iki il ərzində sənədli film çəkmişik.
Daxilən inanıram ki, kinomuz diriləcək”.
Nəzrin Vahid