49f3eabc-df7a-42cd-83c0-1502ca1aefcb..jpg

Rasim Balayev: “Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”

Baxış sayı: 458 dəfə baxılıb.

Rasim Balayev: “Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım,
deyirdilər ki, üzün kinoya düşmür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzən deyirlər ki, istedadlı aktyorlar yoxdur. Bu sözlə razı deyiləm. Əlbəttə
ki, var. Sadəcə olaraq onları ortalığa çıxarmaq lazımdır. Onlar üçün dramaturji
material, ssenari olmalıdır. Mənim rejissorum, ssenaristim olmayandan sonra mən
nə edə bilərəm?”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Rasim Balayev
deyib. O daha sonra əlavə edib.

“O vaxt çəkilmək istəyirdim, çəkmirdilər. Deyirdilər ki, sənin üzün kinoya
düşmür. Heç fikirləşmirdim ki, “Nəsimi” filminə məni çəkəcəklər. Çünki
eşitmişdim ki, həmin rola məşhur bir aktyoru çəkəcəklər. Düzü bilmirdim ki, o
kim idi? Mən xəstəxanada idim bu rola çağırılanda. Həsən Seyidbəyli iki ay
mənimlə məşq edəndən sonra məni bu rola təsdiq etdilər. Nəsimi roluna təsdiq
olunanda sevindiyimdən ağlamışdım. “Dədə Qorqud” filmində rejissor oynadığım
Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Bədii Sovet məni təsdiq etdi.
“Babək” filminə çəkilməyə də gümanım yox idi. “Nəsimi” filmi mənim üçün yaşıl
işıq yandırdı. Çox təkliflər gəlirdi. Birbaşa çəkirdilər, sınaqa da
çağırmırdılar”, – deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, hər zaman müxtəlif xarakterli rollar oynayıb:

“Rasim Ocaqovun dörd filmində çəkilmişəm. Deyirdi ki, hazırlaş sənin üçün rol
var. “Həm ziyarət, həm ticarət” filmindəki rolumu tamaşaçılar bir o qədər də
qəbul etmirdilər. Çünki məni o rola qədər müsbət obrazlarda görmüşdülər.
Tamaşaçılar məni həmin rola yaraşdırmırdılar. Rasim Ocaqov məni bu rola dəvət
etməyi belə əsaslandırmışdı ki, bizi bəzən mələk simalı insanlar da aldadırlar.
Çalışmışam ki, müxtəlif xarakterli rollar oynayım ki, monotonluq yaranmasın”.

Source link