7279e532-137a-49b8-810b-eb7bc98cec71..jpg

Rasim Tağıyevin oğlu həbs edildi

Baxış sayı: 1. 474 dəfə baxılıb.

Rasim Tağıyevin oğlu həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın
almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin
18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə
benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin
xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən
sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı
əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz
Rayon Şöbəsinin sabiq müdiri Rasim Tağıyevin oğludur. O, bir neçə gün əvvəl
mediaya açıqlamasında T.Məmmədovanın oğlu Röyalı şərlədiyini, onun özünü
yandırdığını iddia etmişdi.

Source link