Rauf Əliyev “Qəbələ”də

Rauf Əliyev “Qəbələ”də

Baxış sayı: 3. 314 dəfə baxılıb.

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. 

ÇıxışYolu.Com xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə bir illik müqavilə imzalayıb. 

29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq. O, cari mövsüm artıq iki klubun şərəfini qoruduğundan (“İnter” (indiki “Keşlə”) və “Kukesi”), “Qəbələ”də oyunlara yalnız yeni mövsümdən etibarən çıxa biləcək.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013/14), “Xəzər Lənkəran” (2014/15), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda yeddi qol vurub.

S.T.
www.ÇıxışYolu.Com