4d27a3c5-7211-47b0-b96e-cc8d025510b0..jpg

Raul La Liqa klubunun baş məşqçisi olur

Baxış sayı: 514 dəfə baxılıb.

Raul La Liqa klubunun baş məşqçisi olur

Kike Setyenlə yollarını ayıran İspaniyanın “Vilyarreal” klubunun yeni baş
məşqçisi Raul Qonsales ola bilər.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki,
tərəflər bu gün yekun qərarı vermək üçün müzakirələr aparacaqlar. “Real Madrid”
47 yaşlı mütəxəssisi istəyəcəyi təqdirdə onu buraxmağa hazırdır.

Qeyd edək ki, Madrid təmsilçisinin canlı əfsanəsi hazırda “kral klubu”nun
ikinci komandasını çalışdırır. O, daha əvvəl U-19 və gənclər komandalarında da
işləyib.

Source link