c84f9185-7583-418b-b569-67239105359b..jpg

Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir” – VİDEO

Baxış sayı: 737 dəfə baxılıb.

Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə
ölkədir” – VİDEO

“Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir.
Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə
mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi
açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq”.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost
qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının
ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel
deyib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa
Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub.

Source link