Ravvin Mark Azərbaycanın tolerantlığından danışdı

Ravvin Mark Azərbaycanın tolerantlığından danışdı

Baxış sayı: 3. 770 dəfə baxılıb.

Ravvin Mark Azərbaycanın tolerantlığından danışdı

Azərbaycanda hər il tolerantlıq ilidir. Azərbaycanda yüz illərlə davamlı olaraq tolerantlıq hökm sürüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti Ravvin Mark Şnayner “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı tədbirdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycan yalnız müsəlman aləmində yox , eyni zamanda, bütün dünya miqyasında nümunəvi ölkə kimi tanınır

“Çünki bu ölkənin əsasını Heydər Əliyev qoyub. Tolerantlıq, dözümlülük onun üçün ən öndə gələn və prioritet məsələlərdən biri olub. Məhz buna görə də düşünürəm ki, Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır”.

R.M.Şnayener onu da əlavə edib ki, tədbirdə iştirakının əsas məqsədi yevangelist xristianları ilə dünya müsəlmanları arasında körpü yaradılmasına dəstək olmaqdır:

“Qarşımıza məqsəd qoyaraq, burada tədqiqat aparmağa gəlmişik. Müşahidələrimiz əsasında deyə bilərik ki, hələlik müsəlmanlarla yevangelist xristianları arasında o qədər də müsbət anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış yevangelist liderlərinin qatılması tədbirin mahiyyətinə böyük töhfə verir.

ABŞ-da azərbaycanlılarla xristianlar arasında olan boşluq Azərbaycanda keçirilən bu cür konfranslar, təbliğatlar əsasında aradan qaldırıla bilər. Azərbaycanı çox sevirəm və dünya miqyasında tanınması üçün əlindən gələni edəcəm”.

Könül Cəfərli