09d41888-2f52-4a36-a030-dce03bf88245.jpg

Raya Naynqqolan Azərbaycanın I Liqa klubuna keçir?

Baxış sayı: 31 dəfə baxılıb.

“Raya Naynqqolanın Azərbaycana gəlmək ehtimalı hələlik 50 faizdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan” klubunun baş məşqçisi Kənan
Kərimov deyib.

Belçika millisinin sabiq ulduzu Raya Naynqqolan karyerasını Azərbaycanda davam
etdirə bilər.

İtaliya nəhəngləri – “Roma” və “İnter”də çıxış etmiş yarımmüdafiəçi menecerlər
vasitəsilə Birinci Liqada çıxış edən Yevlax təmsilçisinə təklif olunub.

K.Kərimov bildirib ki, bu transferə isti yanaşırlar. Buna görə tərəflər
arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib.

“Təklif bizə futbolçunun menecerindən gəlib. “Karvan”ın birinci yerdə getməsi
və Premyer Liqaya iddialı olması Raya Naynqqolanın diqqətini çəkib. Agenti ilə
söhbətlərdə hiss edirik ki, futbolçunun özü də burada oynamaqda maraqlıdır.
Müəyyən şərtlər var ki, biz onları razılaşdırmalıyıq. Tam detalları açıqlaya
bilmərəm. Sadəcə, onu əlavə edə bilərəm ki, belçikalı yarımmüdafiəçi klubumuzun
vəziyyətindən, məqsədlərindən yetərincə məlumatlıdır”, – deyə K.Kərimov
bildirib.

Source link