a76be3c4-8756-4abf-bbbc-0bf17034561f..jpg

Razi Əliyevanı döyən biznesmenin məhkəməsində GÖZLƏNİLMƏZ İDDİA – Qərar açıqlandı + VİDEO

Baxış sayı: 549 dəfə baxılıb.

Razi Əliyevanı döyən biznesmenin məhkəməsində GÖZLƏNİLMƏZ İDDİA – Qərar
açıqlandı + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin
cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi
barədə verdiyi vəsatət müzakirə edilib. Vəkilin vəsatəti qismən təmin edilib və
prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki,
şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə
məhkəmə qapalı keçiriləcək.

Prokuror Cövdət Mehrəliyev cinayət işinin ibtidai araşdırılması zamanı hər
hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək işin məhkəmə baxışına
verilməsini istəyib.

Təqsirləndirilən Ziya Hüseynzadə isə həbsinin sifarişli olmasını iddia edib və
bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini deyib.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan edərək
məhkəmə baxışını yanvarın 22-nə təyin edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link