“Real” Bakıda futbol məktəbi açıb – YENİLƏNİB

“Real” Bakıda futbol məktəbi açıb – YENİLƏNİB

Baxış sayı: 2. 966 dəfə baxılıb.

Bakıda “Real” klubunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, mərasim Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutub.

Tədbirdə “Real” Madrid klubunun səfiri Rikardo Qalyexo və Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib.

Azad Rəhimov çıxışında bu  məktəbdən aztəminatlı ailələrin uşaqlarının yararlanacağını bildirib:

“Bu əməkdaşlıq 4 illik müddəti əhatə edir. Burda sosial yönümlü məktəbdir. Burda aztəminatlı ailələrin uşaqları futbol məşqləri keçəcək. Maliyyə həm fond, həm də nazirlik tərəfindən qarşılanacaq”.

Rikardo Qalyexo isə onu bildirib ki, yaxın gələcəkdə “Real” klubundan hansısa ulduz futbolçunun bu məktəbə baş çəkməsi və ya hansısa uşaq futbolçumuzun Madrid klubunun düşərgəsinə yollanması nəzərdə tutulmayıb.

Qeyd edək ki, sosial futbol məktəbində 4 yaş qrupu üzrə – (2007-2008, 2009-2010, 2011-2012, 2013-2014) komandalar məşq edir. Məşqlər həftədə iki dəfə – 4 və 6-cı günlər 267 saylı məktəbin və “Pioner” futbol məktəbinin meydançalarında keçirilir. Məşqlər ödənişsizdir.

Bu məktəb nazirliklə fond arasında 2013-cü ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. Bu ilin yanvarında yeni müqavilə bağlanılıb. Belə məktəb MDB məkanında birinci olaraq Azərbaycanda yaradılıb.

“Real” Bakıda futbol məktəbi açıb – YENİLƏNİB

11:06

Bu gün Bakıda İspaniyanın “Real” (Madrid) klubunun futbol məktəbi açılacaq.

ÇıxışYolu.Com xəbər verir ki, futbol məktəbi “Real” fondunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılacaq.

Futbol məktəbi Azadlıq prospekti, 128 ünvanında yerləşən “Neftçi”nin köhnə bazasında yerləşəcək. 

Qeyd edək ki, bu gün saat 15:00-da həmin məktəbin açılış mərasimi olacaq. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edəcək.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com