14e0ea4b-8b34-44b5-91ac-ae4254edd3ce..jpg

“Real” Barselona klubuna 3 qolla qalib gəldi – VİDEO

Baxış sayı: 972 dəfə baxılıb.

“Real” Barselona klubuna 3 qolla qalib gəldi – VİDEO

İspaniya La Liqasının XXV turu Madrid – Barselona qarşıdurması ilə əlamətdar
olub.

Cixisyolu.com xəbər verir ki, paytaxtın “Real” klubu öz meydanında Barselona
təmsilçisi “Espanyol”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı qonaqlar açıb. Xoselu 8-ci dəqiqədə fərqlənib.

Bundan sonra Vinisius Junior (22-ci dəqiqə) və Eder Militao (39) ilk, Marko
Asensio isə (90+3) ikinci hissədə hərəyə bir qol vuraraq “kral klubu”nun
qələbəsini rəsmiləşdiriblər – 3:1.

Bu nəticə ilə xallarının sayını 56-a çatdıran “Real” turnir cədvəlinin ikinci
pilləsindəki yerini qoruyub. “Espanyol” isə 27 xalla 14-cüdür.


Source link