“Real” yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.
ÇıxışYolu.Com xəbər verir ki, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan iki milyon avro təzminat alacaq.
Bununla bağlı İspaniya millisinin baş məşqçisi olan Lopeteqinin müqaviləsində bənd var.
Qeyd edək ki, 2020-ci ilədək federasiya ilə müqaviləsi olan Xulen Lopeteqi DÇ-2018-dən sonra “Real”ı çalışdıracaq.