İspaniyanın “Real Madrid” klubu Kilian Mbappenin çıxışından narazı olduğu üçün
İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən Erlinq Holandı 200 milyon
avroya ala bilər.
Cixisyolu.com xəbər verir ki, “Mançester Siti” klubuna yaxın zamanlarda maliyyə
pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandanı tərk
edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı satmağa məcbur
qalacaq.
Belə olacağı təqdirdə “Real Madrid”in prezidenti Florentino Peres onun üçün
200 milyon avro təklif edəcək. Əks halda Holandın “Mançester Siti”dən ayrılması
mümkünsüz hesab edilir.
Qeyd edək ki, hücumçu cari mövsüm klubunda keçirdiyi 14 oyunda 14 qol vurub.