4238f007-c0ee-4cc5-b9b7-951c9f87b25c.jpg

“Real Madrid” “Qızıl top” mərasimini boykot edə bilər

Baxış sayı: 30 dəfə baxılıb.

Parisdə keçiriləcək və ilin ən yaxşı futbolçusunun müəyyən ediləcəyi “Qızıl
top” mərasiminə “Real Madrid”in heç bir təmsilçisi qatılmayacaq.

Cixisyolu.com xəbər verir ki bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədəki
səhifəsində məlumat verib.

Məlumata görə, nə klub prezidenti Florentino Peres, nə komandanın baş məşqçisi
Karlo Ançelotti, nə də cinah oyunçusu Vinisius Junior Fransa paytaxtına
uçmayacaq.

Tədbiri boykot etmək qərarı Vinisiusun “Qızıl top”u ala bilməyəcəyi ilə
bağlıdır.

Belə ki, bundan əvvəl mətbuatda “Qızıl top”un qalibinin “Mançester Siti” və
İspaniya millisinin yarımmüdafiəçisi Rodri olacağı ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, “Qızıl top” bu gün, 28 oktyabrda ötən futbol ilinin
nəticələrinə əsasən təqdim olunacaq. Mərasim Parisdəki “Şatle” teatrında baş
tutacaq. Tədbirin Bakı vaxtı ilə saat 22:00-da başlaması planlaşdırılır.

Source link