22d71978-9509-4ec7-b65b-d467f3824ac6..jpg

“Real Madrid” Rodriqo ilə müqaviləni 2028-ci ilə qədər uzadıb

Baxış sayı: 483 dəfə baxılıb.

“Real Madrid” Rodriqo ilə müqaviləni 2028-ci ilə qədər uzadıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid”in braziliyalı vingeri Rodriqo Qoes klubu ilə müqaviləsini
2028-ci ilə qədər uzadıb.

Futbolçunun yeni müqaviləsində göstərilən təzminat məbləği bir milyard avrodur.

Bu mövsüm braziliyalı bütün turnirlərdə 16 matçda iştirak edib və bu matçlarda
iki qol vurub, bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, 22 yaşlı Rodriqo 2019-cu ildə “Real Madrid”ə keçib. Ötən mövsüm
braziliyalı hücumçu 59 matçda 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Mənbə: championat.com

Source link