c3e9b967-3359-4702-9f00-a574a1e4aea0..jpg

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Baxış sayı: 4. 045 dəfə baxılıb.

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını
Azərbaycanda davam etdirə bilər.

“Report”un əldə etdiyi məlumata görə, vinger “Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem
çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese
Rodrigez “Real Madrid”in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı, PSJ, “Las Palmas”, “Stok Siti”,
“Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən
oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16
matçda meydana çıxıb, 5 qol vurub.

Source link