“Real Madrid”in hücumçusu Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius Junior ölkəsi
Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.
“Report” xəbər verir ki, 23 yaşlı forvard “Qızıl Samba” mükafatına layiq
görülüb.
Səsvermədə ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən
Neymar tutub. İlk “üçlüy”ü Fransa PSJ-sinin müdafiəçisi Markinyoş qapayıb.
2021-ci ilə qədər “Qızıl Samba” Avropada oynayan ən yaxşı braziliyalıya
verilirdi. Son üç ildə bu mükafatı Neymar qazanıb.
Qeyd edək ki, Vinisius Junior bu mövsüm 13 oyunda 6 qol vurub, 4 məhsuldar
ötürmə edib.