aab83266-2608-44bb-9c77-ae48518d5631..jpg

“Real Madrid”in səbri tükənir: Arda Güler icarəyə veriləcək

Baxış sayı: 494 dəfə baxılıb.

“Real Madrid”in səbri tükənir: Arda Güler icarəyə veriləcək

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Güleri icarəyə
verməyi planlaşdırır.

Məlumata görə, 18 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi “kral klubu”nu
belə qərar verməyə sövq edib. Paytaxt təmsilçisi qış fasiləsində onu La Liqa
təmsilçilərindən birinə icarəyə verməyi düşünür.

A.Gülerin xidmətində “Real Sosyedad” və “Betis”in maraqlı olduğu bildirilir.

Qeyd edək ki, türkiyəli futbolçu bu yay transfer olunduğu Madrid klubunda
debüt etməyib. İyulda əməliyyat olunan orta xətt oyunçusu bir müddət əvvəl
sağalsa da, yenidən əzələ zədəsi yaşayıb. Bu səbəbdən onun oktyabrın sonuna
qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Mənbə: todofichajes.com

Source link