80fad5a4-d2f0-4800-8629-455365620934..jpg

“Real Madrid”in yarımmüdafiəçisi “Vilyarreal”ın futbolçusunu yumruqlayıb

Baxış sayı: 892 dəfə baxılıb.

“Real Madrid”in yarımmüdafiəçisi “Vilyarreal”ın futbolçusunu yumruqlayıb

“Real Madrid”in futbolçusu matçdan sonra avtomobil dayanacağında
“Vilyarreal”ın futbolçusunu vurub.

Məlumata görə, yarımmüdafiəçi Federiko Valverde Aleks Baenanın üzünə yumruqla
zərbə endirib.

Aprelin 8-də baş tutan görüş qonaq “Vilyarreal”ın 2:3 hesablı qələbəsi ilə
yekunlaşıb.

Bildirilir ki, “Real Madrid”in üzvü oyundan sonra 21 yaşlı ispaniyalını
dayanacaqda gözləyib və klub avtobusuna gedərkən onun üzünə yumruq zərbəsi
endirib. Oyun zamanı Baenanın Valverde və həyat yoldaşının körpəni itirmiş ola
biləcəyi ilə bağlı zarafat etdiyi deyilir.

Qeyd olunur ki, Baena telefona baxarkən, Valverde stadionun avtodayanacağında
ona yaxınlaşıb. “Oğlum haqqında nə dediyini təkrarla”, – deyə paytaxt klubunun
futbolçunu həmkarını təhdid edib. Baena meydanda dediyini təkrar etdikdən sonra
üzündən zərbə alıb.

Source link