“Real” Ronaldunun gedişindən ilk zərbəni aldı

Baxış sayı: 2. 867 dəfə baxılıb.

“Real” Ronaldunun gedişindən ilk zərbəni aldı

Kriştianu Ronaldunun “Yuventus”a keçidindən sonra Madrid “Real”ı artıq öz “Twitter” akkauntunun 1 milyon izləyicisini itirib.

ÇıxışYolu.Com xəbər verir ki, Ronaldu İspaniyanı tərk etdikdən sonra izləyicilərin sayı 31,97 milyondan 31,02 milyona enib. 

Eyni zamanda “Yuventus”un rəsmi “Twitter” səhifəsinin abunəçilərinin sayında 1,1 milyon nəfər artım müşahidə olunub. 

Portuqaliyalı hücumçu 2009-cu ildən “Real”ın şərəfini qoruyub və klubun tarixində ən çox qol vuran futbolçudur (438 oyunda 450 qol).

www.ÇıxışYolu.Com