Madridin “Real” klubu “Mançester Siti” klubunun birdən-birə dörd futbolçusu ilə maraqlanır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.
Mənbənin məlumatına görə, kral klubunun skautlarının gözü yarımmüdafiəçilər Leroy Sane, Kevin De Brüyne və Sterlinq, həmçinin müdafiəçi Con Stounza düşüb.
“Mançester Siti” klubunun rəsmisi, rəhbərliyin öz futbolçularının imkanlarını yüksək qiymətləndirdiyini və onları “dünyanın heç bir puluna” satmaq niyyətində olmadığını bildirib.